General Ruslan Allahverdiyev azadlığa buraxıldı
Dünya
167
11:02, Bu gün

General Ruslan Allahverdiyev azadlığa buraxıldı

Müstəntiqlər Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının keçmiş rəis müavini, general-mayor Ruslan Allahverdiyevə qarşı cinayət təqibini dayandırıblar. Onlar general-mayor Ruslan Alahverdiyevi xüsusi hərbi əməliyyata (Ukrayna müharibəsi-red.) qatılmaq üçün azadlığa buraxıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarından birinin adı açıqlanmayan əməkdaşına istinad edib. Qeyd edək ki, Ruslan Allahverdiyev rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu. /Publika.az/
 
Link kopyalandı!
Son xəbərlər