Narelle qasırğası Avstraliyanı cənginə alıb
Dünya
178
09:27, Bu gün

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Bir gün əvvəl ölkənin şimal-şərq sahillərinə dağıdıcı küləklər, güclü yağışlar və elektrik kəsintiləri gətirən Narelle tropik siklonunun şənbə günü Avstraliyanın şimal ərazisinə çatacağı proqnozlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Karpentariya körfəzində qərbə doğru hərəkət edən II kateqoriyalı Narelle qasırğasının şənbə günü axşam saatlarında ölkənin şərq hissələrinə çatacağı gözlənilir.
 
Hava bürosunun məlumatına görə, Narelle qasırğasının şənbə günü güclənəcəyi, sürətlə qərbə doğru irəliləyəcəyi və küləklərin sürətinin 185 km/saat (115 mil/saat) olacağı proqnozlaşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər