Bizi sosial şəbəkələrdən izləyin:
Tehranın mərkəzi, şərqi və şimalında yeni partlayışlar baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı məlumat verib.
Bildirilib ki, İranın Atom Enerjisi Təşkilatının qərargahının yerləşdiyi Əmirabadın mərkəzi rayonu vurulub. Şimaldakı Levasan və şərqdəki Narmak rayonu da hücumlara məruz qalıb.
Kanalın məlumatına görə, İsrail Tehrana son hava hücumları zamanı İran polis rəisi general Rza Radanı öldürməyə cəhd edib. Radanın vəziyyəti və ya Tehrana hücumların nəticələri barədə heç bir məlumat yoxdur. İran rəsmiləri hələlik telekanalın xəbərləri ilə bağlı şərh verməyiblər.
İsrail Müdafiə Qüvvələri (SAXAL) "Telegram" kanalında İran paytaxtındakı hədəflərə zərbə endirdiyini bildirib. SAXAL-ın sözçüsü qeyd edib ki, Beyrutdakı hücumlardan sonra İsrail ordusu Tehrandakı İran terrorçu rejiminin hədəflərinə zərbə endirir. Ölkənin Müdafiə Qüvvələri daha əvvəl Beyruta "Hizbullah" qruplaşmasının hədəflərinə hücum etdiyini bildirib.