Şok durum: dünya karantin günlərinə qayıdır – bu dəfə səbəb...
Dünya
319
08:41, Bu gün

Şok durum: dünya karantin günlərinə qayıdır – bu dəfə səbəb...

Yaxın Şərqdə artan gərginlik və neft qiymətlərindəki sıçrayış qlobal miqyasda yeni həyat tərzi dəyişikliklərini gündəmə gətirib.
 
Moderator.az xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, Beynəlxalq Enerji Agentliyi (IEA) ölkələrə enerji istehlakını azaltmaq üçün fövqəladə tədbirlər paketi təqdim edib.
 
Bildirilir ki, bu tədbirlər arasında ən diqqətçəkəni yenidən evdən işləməyə keçid, avtomagistrallarda sürət həddinin azaldılması, birgə avtomobil istifadəsinin təşviqi və şəhər mərkəzlərinə şəxsi avtomobillərin girişinə məhdudiyyətlərin tətbiqidir.
 
Ekspertlər hesab edir ki, əsas məqsəd nəqliyyat sektorunda yanacaq sərfiyyatını minimuma endirməkdir. Çünki qlobal neft bazarındakı risklər, xüsusilə Hörmüz boğazı ətrafında yaranan təhlükə, tədarük zəncirini ciddi şəkildə sarsıda bilər.
 
Maraqlıdır ki, pandemiya dövründə tətbiq edilən uzaqdan iş modeli yenidən gündəmə qayıdır. Bu dəfə isə səbəb virus deyil, enerji təhlükəsizliyi və iqtisadi təzyiqlərdir.
 
Qeyd olunur ki, bəzi ölkələr artıq bu istiqamətdə ilkin müzakirələrə başlayıb. Məqsəd həm yanacaq çatışmazlığının qarşısını almaq, həm də vətəndaşların artan xərclərini azaltmaqdır. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər