İran
Dünya
161
20 Mar 2026 | 23:37

İran "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib

İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, İsrailin Təl-Əviv, Əkka və Hayfa şəhərlərindəki obyektlər hədəf alınıb, döyüş təminatı şirkətləri, radar sistemləri atəşə tutulub. Bununla yanaşı, ABŞ-nin bölgədəki bazalarına da zərbələr endirilib, F-16 və F-35 qırıcılarını yanacaqla təmin edən təyyarələrin saxlanıldığı anqara hücum təşkil olunub:

"ABŞ-nin Əl-Xərc (Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqi) və Ali əs-Salem aviabazasına (Küveyt) "Qədr", "Xeybərşikən", "Zülfüqar" və "Qiyam" raketləri ilə hücum uğurla başa çatıb".

SEPAH qeyd olunan obyektlərə dron hücumunun da təşkil olnuduğunu açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər