ABŞ Sakit okeanda narkoterrorçuların gəmisinə hücum edib - VİDEO
Dünya
130
20 Mar 2026 | 23:20

ABŞ Sakit okeanda narkoterrorçuların gəmisinə hücum edib - VİDEO

ABŞ Silahlı Qüvvələrinin "Cənub nizəsi" qruplaşması Sakit okeanda narkoterrorçu olduğu ehtimal edilən gəmiyə zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Cənub Hərbi Komandanlığının (SOUTHCOM) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik ticarəti üçün istifadə olunan marşrutlar üzrə hərəkət etdiyini və qanunsuz narkotik dövriyyəsində iştirak etdiyini təsdiqləyib.

ABŞ-nin həyata keçirdiyi əməliyyat zamanı narkotik daşınmasında şübhəli bilinən üç nəfər sağ qalıb. Gəmidə ümumilikdə neçə ekipaj üzvünün olduğu barədə məlumat verilməyib.

 

Link kopyalandı!
Son xəbərlər