01:37
10°C
Bakı
Böyük Britaniya ABŞ-yə Hörmüz boğazı üçün təhlükə yaradan İran obyektlərinə zərbələr endirmək üçün öz hərbi bazalarından istifadə etməyə icazə verib.
Moderator.az bu barədə BBC-yə istinadən xəbər verir.
Bildirilir ki, Böyük Britaniya yenə də zərbələrdə birbaşa iştirak etməyəcək.
Qeyd edilir ki, britaniyalı nazirlər bazaların Hörmüz boğazında gəmilərə hücumlar üçün istifadə edilən vasitələrə qarşı yönəlmiş ABŞ-nin müdafiə əməliyyatları üçün istifadə edilə biləcəyi barədə razılığa gəliblər.