Çexiyada İsrailin silah zavodu yandırılıb
Dünya
198
20 Mar 2026 | 23:05

Çexiyada İsrailin silah zavodu yandırılıb

Çexiyada İsrailin müdafiə konserni "Elbit Systems" ilə əlaqəli müəssisədə yanğın baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" portalı məlumat yayıb.

Yanğının törədilməsinə görə məsuliyyəti "The Earthquake Faction" adlı qrup öz üzərinə götürüb.

Hadisə martın 20-də səhər saatlarında baş verib. Nəticədə Çexiya şirkəti ilə birgə müəssisə kimi fəaliyyət göstərən obyektin ərazisində bir neçə bina məhv olub.

Yerli polis hadisə ilə bağlı araşdırmaya başlayıb və yanğının terror aktı ilə əlaqəli olub-olmadığını araşdırır.

Link kopyalandı!
Son xəbərlər