ABŞ Yaxın Şərqə 4500 dənizçi və dəniz piyadasını yola salıb
Dünya
252
20 Mar 2026 | 22:57

ABŞ Yaxın Şərqə 4500 dənizçi və dəniz piyadasını yola salıb

"USS Boxer" universal desant gəmisi və 11-ci ABŞ Dəniz Piyadaları Ekspedisiya Dəstəsinin rəhbərlik etdiyi amfibiya-desant qrupu Yaxın Şərqə yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Hərb Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Təxminən 4 500 dənizçi və dəniz piyadasından ibarət qruplaşma martın 18-də San-Dieqodan yola çıxıb və hazırda Sakit okeanı keçməkdədir. Rəsmilərin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki məsuliyyət zonasına çatmaq təxminən bir ay çəkəcək.

"USS Boxer" ilə yanaşı, əməliyyat birləşməsinin tərkibinə "USS Portland" desant-helikopter gəmisi-doku və "USS Comstock" desant nəqliyyat gəmisi-doku da daxildir.

Link kopyalandı!
Son xəbərlər