Melaniya Tramp Lukaşenkodan Ukrayna ilə bağlı xahiş edib
Dünya
272
20 Mar 2026 | 22:47

Melaniya Tramp Lukaşenkodan Ukrayna ilə bağlı xahiş edib

"ABŞ-nin birinci xanımı Melaniya Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkodan Rusiya lideri Vladimir Putinlə Rusiyada itkin düşmüş ukraynalı uşaqlarla bağlı danışmasını xahiş edib".

Moderator.az xəbər verir ki, bu barədə BELTA agentliyinə istinadən A.Lukaşenko ABŞ nümayəndə heyəti ilə keçirilən görüşü şərh edərkən jurnalistlərə açıqlama verib. Heyətə xüsusi nümayəndə Con Kol rəhbərlik edib.

"Melaniya Ukraynadakı müharibə nəticəsində guya Rusiyada itkin düşmüş uşaqların siyahısını mənə təqdim etdi. O, məndən xahiş etdi ki, Vladimir Putinlə görüş zamanı bu siyahını ona çatdırım və bu məsələni müzakirə edim ki, həmin uşaqları - çox güman ki, müharibədən qaçmış uşaqları - Rusiyada tapaq və əgər onlar hazırdırlarsa, Ukraynaya qaytaraq", - deyə prezident bildirib.

Belarus lideri qeyd edib ki, bu xahişi yerinə yetirməyə razıdır:

"Əgər Melaniya xahiş edirsə, mən bu məsələni "böyük qardaş"a çatdıracağam, bu problem deyil. Lakin bunun uğrunda mübarizə aparmayacağam, çünki bu uşaqların həqiqətən olub-olmadığını və siyahının kim tərəfindən təqdim edildiyini bilmirəm. Mən sadəcə bu məlumatı ötürəcəyəm və bu mövzuda danışacağıq", - deyə o vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər