SEPAH İsrailə raket, ABŞ-nin bazalarına PUA hücumu edib
Dünya
219
20 Mar 2026 | 22:30

SEPAH İsrailə raket, ABŞ-nin bazalarına PUA hücumu edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasında "Xürrəmşəhr 4", "Qədr" raketləri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

"Hayfa və Təl-Əvivdə 25 obyekt darmadağın edilib",- məlumatda qeyd edilib.

Hərbi Dəniz Qüvvələrinin "Əl-Hədd" bazasında (Omanın şərqi) ABŞ hərbçilərinin 6 dəstək anqarını PUA və qanadlı raketlərlə hədəf aldığı vurğulanıb:

"Bu anqarlarda saxlanılan "Patriot" hava hücumundan müdafiə sistemlərinin bəzi avadanlıqları tamamilə məhv edilib və "Şeyx İsa"dakı bazanın (Bəhreynin cənubu, Fars körfəzi sahili) arxa cəbhə təminatına ciddi ziyan dəyib".

Əlavə edilib ki, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindəki gəmilərə şübhəli hallarda yoxlama və nəzarətə götürülmə barədə SEPAH-a xəbər vermək tapşırılıb. "Hörmüz boğazı İranın ali rəhbərinin (Müctəba Xamenei – red.) əmri ilə ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır",- məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər