22:59
9°C
Bakı
ABŞ hakimiyyəti Kolumbiya Prezidenti Qustavo Petroya qarşı, o cümlədən onun narkotacirlərlə mümkün əlaqələrini araşdırmaq məqsədilə təhqiqat aparır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Q.Petro ABŞ-nin azı iki federal prokurorluğunun araşdırması altındadır. Bildirilir ki, istintaq beynəlxalq narkotik ticarəti üzrə ixtisaslaşmış prokurorlar tərəfindən aparılır.
Həmçinin Q.Petronun prezidentlik kampaniyasının narkotacirlərdən ehtimal olunan ianələr qəbul etməsi də araşdırma predmetidir. Hazırda iş üzrə istintaq ilkin mərhələdədir.