Rusiyadan ABŞ-yə İranla bağlı sövdələşmə təklif
Dünya
359
21:00, Bu gün

Rusiyadan ABŞ-yə İranla bağlı sövdələşmə təklif

Moskva ABŞ-yə belə bir təklif irəli sürüb: əgər Vaşinqton Ukraynaya Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının verilməsini dayandırarsa, Kremlin də İranla kəşfiyyat məlumatlarının, o cümlədən Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinin dəqiq koordinatlarının paylaşılmasını dayandıracağı bildirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

ABŞ-Rusiya danışıqlarının gedişi ilə tanış olan iki mənbənin sözlərinə görə, bu təklif ötən həftə Mayamidə keçirilən görüş zamanı Rusiya nümayəndəsi Kirill Dmitriyev tərəfindən Tramp administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə təqdim olunub.

Mənbələr əlavə ediblər ki, ABŞ tərəfi bu təklifi rədd edib.

Link kopyalandı!
Son xəbərlər