Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
Dünya
378
20:47, Bu gün

Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib

Ağ Ev bu gün süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib. Bu çərçivə ölkə üzrə süni intellektin inkişafı üçün “vahid” milli standartın yaradılmasını nəzərdə tutur və senzuranın qarşısının alınmasını, söz azadlığının və uşaqların qorunmasını hədəfləyir.

Moderator.az xəbər verir ki, Fox News Digital-ın əldə etdiyi məlumata görə, Ağ Ev bu qanunvericilik çərçivəsini cümə günü Konqres rəhbərliyinə təqdim edəcək. Məqsəd bu “məntiqə uyğun” təkliflərin “bu il” qanun halına gətirilməsi üçün Konqresi təşviq etməkdir.

Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin direktoru Maykl Kratsios bu barədə belə deyib: “Bu il etməliyik. Bacardığımız qədər tez. Konqresin çoxsaylı prioritetləri olsa da, bu təşəbbüsün iki partiyanın dəstəyini qazana biləcəyinə inanırlar”.

Link kopyalandı!
Son xəbərlər