22:01
10°C
Bakı
NATO, Yaxın Şərqdəki hərbi münaqişələr səbəbindən İraqdakı missiyasındakı fəaliyyətində dəyişikliklər etdiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart "Reuters" agentliyinə bildirib.
"NATO-nun İraqdakı missiyası kontekstində mövqeyimizi dəyişdirdiyimizi təsdiqləyə bilərik. Müttəfiqlər və tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində işləyirik", - deyə o bildirib.
O, ittifaq heyətinin təhlükəsizliyinin və mühafizəsinin ən vacib məsələ olduğunu söyləyib:
"Bu məsələ ilə bağlı əlavə məlumat verməkdən çəkinəcəyik. NATO ilə İraq arasında, o cümlədən İraqdakı NATO Missiyası çərçivəsində siyasi dialoq və praktik əməkdaşlıq davam edəcək".