20:32
10°C
Bakı
Fransa ordusu Murmanskdan (Rusiya) yola düşən və Mozambik bayrağı altında üzən "Deyna" tankerini saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Aralıq dənizinin Dənizçilik Prefekturası sosial şəbəkə hesabında məlumat yayıb.
"Martın 20-də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərbində açıq sularda Mozambik bayrağı altında üzən və Murmanskdan yola düşən "Deyna" neft tankerinə qarşı əməliyyat keçirib", - deyə məlumatda bildirilib.
Fransa Prezidenti Emmanuel Makron da sosial şəbəkə hesabında sözügedən gəminin saxlanılması barədə paylaşım edib:
"Bu səhər Fransa donanması Aralıq dənizində daha bir gəmini - "Deyna"nı ələ keçirib".