20:16
10°C
Bakı
İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı britaniyalı həmkarı İvett Kuperə bildirib ki, ABŞ-ın Böyük Britaniyadakı hərbi bazalardan istifadə etməsi İran İslam Respublikasına qarşı “təcavüzdə iştirak” kimi qiymətləndiriləcək.
Moderator.az xəbər verir ki, Alarabiya-nın məlumatına görə, danışığın dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Əraqçi qeyd edib: “Bu cür addımlar şübhəsiz ki, təcavüzdə iştirak kimi qiymətləndiriləcək və iki ölkə arasındakı münasibətlər tarixində qeydə alınacaq.”