Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
Dünya
143
18:57, Bu gün

Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsini son illərin ən ciddi böhranı adlandırıb.

Moderator.az xəbər verir ki, Türkiyə lideri ölkəsini bu müharibədən kənarda saxlamağa çalışdığını və diplomatik təmasları davam etdirdiyinu vurğulayıb:

“Ətrafımızda raketlər uçuşur, sərhədlərin o tayında müharibə davam edir, regionda son illərin ən ciddi böhranı yaşanır. Bizim gündəmimizdə ölkəmizi ətrafımızı bürüyən od halqasından uzaq tutmaq var. Diplomatik təmaslarla regionumuzdakı müharibələri bitirmək üçün çıxış axtarırıq”-deyə o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər