21:13
10°C
Bakı
İran danışıqlar zamanı heç bir ölkəyə qəfil hücum etmir.
Moderator.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında ABŞ Prezidenti Donald Trampın çıxışını belə şərh edib.
"Biz prinsipial insanlarıq və iranlılar dialoq apararkən xəlvəti hücum etmirlər",- o deyib və əlavə edib ki, İran hücuma məruz qalanda qətiyyətli cavab verir.
Əraqçi İsrailin İrandakı infrastruktura zərbə endirmək planları haqqında kəşfiyyat məlumatlarının olduğunu bildirib:
"Bir daha infrastrukturumuza hücum ediləcəyi təqdirdə təmkinlə qarşılamayacağıq".