21:04
10°C
Bakı
Prezident Volodimir Zelenski ABŞ, Ukrayna və Rusiyanın atəşkəs əldə olunacağı təqdirdə ona necə əməl olunacağının prinsiplərinin razılaşdırıldığını bildirib.
Moderator.az-ın məlumatına görə, Ukrayna Prezidenti jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, üçtərəfli danışıqlarla fasiləyə qədər inkişaf var idi:
"Hərbi formatda üçtərəfli danışıqlarda inkişaf var idi. Hər üç tərəf atəşkəsin əməl olunmasına nəzarət mexanizmlərini razılaşdırmışdılar. Atəşkəsin əldə olunması üçün isə siyasi iradə lazımdır ki, o da hələlik yoxdur".