NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
Dünya
237
18:30, Bu gün

NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır

NATO Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda öz kontingentini İraqdan müvəqqəti çıxarır.

Moderator.az-ın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraqın güc strukturlarının iki nümayəndəsi bildirib.

"İraq hökuməti ilə heç bir fikir ayrılığı yoxdur. Bu, qoşunların müvəqqəti çıxarılmasıdır. Onlar yaranmış vəziyyətdən narahatdırlar", - nümayəndələrdən biri qeyd edib.

Digər mənbə qeyd edib ki, NATO missiyası az sayda hərbçi istisna olmaqla İraqı tamamilə tərk edib.

Öz növbəsində, NATO nümayəndəsi isə bəyan edib ki, alyans İraqdakı missiyasına "dəyişiklik"lər edir.

Missiyanın qərargahı Bağdadın "yaşıl zona"sındakı hərbi bazada, müharibənin başlanğıcından bəri dəfələrlə atəşə tutulan ABŞ səfirliyinin yaxınlığında yerləşir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Link kopyalandı!
Son xəbərlər