Çak Norris vəfat edib
Dünya
235
18:10, Bu gün

Çak Norris vəfat edib

Havay ştatının Kauai adasındakı xəstəxanaya yerləşdirilən amerikalı kinoaktyor Çak Norris vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Çak Norris martın 10-da 86 yaşını qeyd edib.

Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.

1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.

Link kopyalandı!
Son xəbərlər