18:35
11°C
Bakı
Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri fabrikində baş verən yanğın nəticəsində ən azı 55 nəfər xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
"İlkin məlumatlara görə, yanğın partlayış nəticəsində baş vermiş ola bilər", - deyə nəşr bildirib.
Agentlik 24 nəfərin ağır yaralandığını dəqiqləşdirib. Yanğın başlayanda binanın içərisində ola biləcək ən azı 14 nəfərin isə axtarışları davam etdirilir.