Dünya
259
15:46, Bu gün

"Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürüldü

İranın mülki könüllü qüvvələri olan "Bəsic" təşkilatının kəşfiyyat idarəsinin rəhbəri, general İsmayıl Əhmədi öldürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı İranın "Təsnim" agentliyi yayıb.
 
Məlumata görə, briqada generalı İsmayıl Əhmədi və daha 3 nəfər ötən gün ABŞ və İsrail hərbi hava qüvvələrinin həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində həlak olublar. Hadisənin baş verdiyi konkret ərazi barədə ətraflı məlumat verilməsə də, hücumun hərbi infrastruktura qarşı yönəldiyi bildirilir.
 
Qeyd edək ki, "Bəsic" (fars dilində "səfərbərlik" deməkdir) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tabeliyində olan beş əsas qoldan biridir. Bu struktur əsasən daxili təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və ölkə daxilində dini-mənəvi normaların tətbiqinə nəzarət funksiyalarını yerinə yetirir. Ölkənin hər yerindən olan könüllüləri cəlb edən bu təşkilat, həmçinin dövlətə dəstək nümayişlərinin təşkilində mühüm rol oynayır.
 
Link kopyalandı!
Son xəbərlər