İsraildə
Dünya
219
13:40, Bu gün

İsraildə "Dəmir Qübbə" operatoru İrana casusluq ittihamı ilə həbs edildi

İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemində xidmət edən ehtiyatda olan hərbçi İrana casusluq etməkdə və təhlükəsizlik əleyhinə fəaliyyətlərdə şübhəli bilinərək həbs edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail polisi və "Şin-Bet" (Daxili Təhlükəsizlik Xidməti) birgə bəyanat yayıb.
 
Məlumata görə, saxlanılan şəxs Qüds sakini, 26 yaşlı Raz Koendir. İstintaq materiallarına əsasən, Koen aylarla İran agentləri ilə sıx əlaqədə olub. O, pul müqabilində İran tərəfinə bir neçə məxfi məlumat ötürməkdə və müxtəlif tapşırıqları icra etməkdə ittiham olunur.
 
Bəyanatda həmçinin qeyd olunur ki, şübhəli şəxs ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaradan digər fəaliyyətlərdə də iştirak edib. Hazırda faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər