SEPAH-ın sözçüsü öldürüldü
Dünya
254
12:46, Bu gün

SEPAH-ın sözçüsü öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini cümə günü ABŞ və İsrailin İslam Respublikası ərazisinə endirdiyi hava hücumları nəticəsində ölüb.
 
Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
 
"Müqəddəs Ramazan ayının son günündə sübh tezdən terror hücumunun qurbanı olan mədəniyyət və media xadimi, İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr üzrə müavini və sözçüsü, SEPAH-ın general-mayoru Əli Məhəmməd Naininin şəhid olduğunu dərin kədər və eyni zamanda qürur hissi ilə elan edirik", - deyə açıqlamada qeyd olunub.
 
Link kopyalandı!
Son xəbərlər