Tramp Çin səfərinin təxirə salındığını bildirib
Dünya
249
19 Mar 2026 | 22:57

Tramp Çin səfərinin təxirə salındığını bildirib

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri təxminən altı həftə təxirə salınıb.

Moderator.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşündən sonra jurnalistlərə bildirib.

"Səfər təxminən bir ay yarım təxirə salınıb" - deyə, Tramp qeyd edib.

ABŞ liderinin 31 mart - 2 aprel tarixlərində Çinə səfəri planlaşdırılmışdı.

"Sədr Si Cinpinlə görüşdə Yaponiyanı tərifləyəcəyəm", - deyə Amerika lideri bildirib.

Bu baxımdan, Takaiçi Yaponiyanın "Çin ilə dialoqa açıq" olduğunu iddia etdi.

Link kopyalandı!
Son xəbərlər