FIFA prezidenti Canni İnfantino bütün seçmə mərhələ komandalarının 2026-cı il futbol üzrə dünya çempionatında iştirak edəcəyini gözləyir.
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
İnfantino deyib: "FIFA geosiyasi münaqişələri həll edə bilməz, amma biz futbolun və dünya çempionatının gücündən körpülər qurmaq və sülhü təşviq etmək üçün istifadə etməkdə qərarlıyıq. Düşüncələrimiz davam edən müharibələrdən əziyyət çəkənlərlədir. FIFA dünya çempionatında iştirak edən bütün komandaların ədalətli oyun və qarşılıqlı hörmət ruhunda yarışmasını səbirsizliklə gözləyir. Bizim cədvəlimiz var, tezliklə 48 iştirakçı komandanı təsdiqləyəcəyik və turnirin planlaşdırıldığı kimi keçirilməsini istəyirik."
Qeyd edək ki, martın 11-də İranın idman naziri Əhməd Donyamali milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.