01:29
9°C
Bakı
İran martın 19-da İsrail və ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi məlumat yayıb.
Qeyd edilib ki, “Doğru vəd-4” əməliyyatı çərçivəsində İsrailin mərkəzi və şimal bölgələrində yerləşən hədəflər, o cümlədən Ben-Qurion hava limanı vurulub.
“Zərbələr həmçinin Hayfa və Rişon-le-Sion şəhərlərində yerləşən neft emalı zavodlarına, qoşun toplanma məntəqələrinə və yanacaq təminatı obyektlərinə yönəldilib. ABŞ ordusunun 5-ci donanması da dəqiq zərbələrə məruz qalıb”, – deyə açıqlamada vurğulanıb.