Starmer İranın zərbələrindən sonra Qətərə dəstək verəcəyini bəyan edib
Dünya
202
19 Mar 2026 | 22:20

Starmer İranın zərbələrindən sonra Qətərə dəstək verəcəyini bəyan edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Qətərə dəstəyin davam edəcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Starmerin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, o, bu fikirləri Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı səsləndirib.

Starmer Qətərin enerji obyektlərinə endirilən İran zərbələrini pisləyib.

“Bu cür məsuliyyətsiz hücumlar regionu daha da dərin böhrana sürükləyə və bütün dünyada, o cümlədən Böyük Britaniyada hiss olunan ciddi iqtisadi nəticələri ağırlaşdıra bilər”, – deyə o bildirib.

Baş nazir əlavə edib ki, “Böyük Britaniya Qətəri və Fars körfəzindəki bütün müttəfiqlərini dəstəkləməyə davam edəcək”.

Link kopyalandı!
Son xəbərlər