Pentaqon 200 milyard dollardan çox əlavə vəsait üçün Konqresə müraciət edib
Dünya
221
20:50, Bu gün

Pentaqon 200 milyard dollardan çox əlavə vəsait üçün Konqresə müraciət edib

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən 200 milyard dollardan çox vəsait istənilməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Moderator.az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, sözügedən məbləğ 200 milyard dollardan çoxdur: "Məbləğə gəldikdə isə, düşünürəm ki, bu rəqəm dəyişə bilər. Buna görə də, artıq gördüyümüz və gələcəkdə görməli ola biləcəyimiz işlər üçün kifayət qədər maliyyələşdirildiyimizdən əmin olmaq üçün Konqresə və oradakı nümayəndələrimizə müraciət edəcəyik".

Link kopyalandı!
Son xəbərlər