Tramp: Netanyahu İranın neft və qaz obyektlərinə hücumları dayandıracağına söz verib
Dünya
139
20:34, Bu gün

Tramp: Netanyahu İranın neft və qaz obyektlərinə hücumları dayandıracağına söz verib

İsrailin Baş naziri Binyamin Netanyahunu İranın neft və qaz obyektlərinə hücum etməmək barədə xəbərdar etmişəm. O, bu cür hücumları dayandıracağına söz verib.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən ona bunu bir daha etməməsini dedim və o, bunu etməyəcək. ABŞ və İsrail müstəqil şəkildə hərəkət edirlər, lakin səylərini əlaqələndirirlər. Netanyahu vaxtaşırı nəsə edir və əgər mənim xoşuma gəlmirsə, biz bunu etmirik", - deyə Tramp əlavə edib.

Link kopyalandı!
Son xəbərlər