İrandakı müharibə nəzarətdən çıxa bilər - Quterreş
Dünya
122
20:15, Bu gün

İrandakı müharibə nəzarətdən çıxa bilər - Quterreş

ABŞ və İsrailin tamamilə nəzarətdən çıxmaq riski olan müharibəyə son qoymasının, İranın isə qonşu ölkələrə zərbələri dayandırmasının vaxtı çatıb.

Moderator.az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Brüsseldə Yaxın Şərqdəki vəziyyətin müzakirəsi zamanı bildirib.

"Bu münaqişə daha da genişlənə bilər, nəticədə mülki əhali böyük ziyan görər və savaşın dünya iqtisadiyyatı, xüsusilə üçüncü ölkələr üçün nəticələri çox ağır olar", - o qeyd edib.

Quterreş həmçinin İrana müraciət edərək, heç vaxt münaqişə tərəfi olmayan qonşu dövlətlərə hücumları dayandırmağı tələb edib:

"BMT Təhlükəsizlik Şurası bu hücumları pisləyib və onların dayandırılmasını, eləcə də Hörmüz boğazının açılmasını tələb edib. Onun uzun müddət bağlı qalması bütün dünyada bu münaqişəyə heç bir aidiyyəti olmayan xalqlara böyük problemlər yaradır".

Link kopyalandı!
Son xəbərlər