Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
Dünya
177
19:45, Bu gün

Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir

Qətər ilk gündən İsrailin İranın enerji infrastrukturuna zərbələr endirməsini pisləyib.

Moderator.az xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Dohada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında açıqlayıb.

"Buna baxmayaraq, İran Qətərə hücum edib və hərbi obyektlərlə yanaşı, enerji infrastrukturunu da hədəf alıb",- Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib və əlavə edib ki, insan itkisi qeydə alınmayıb:

"Belə hücumlar qlobal enerji zəncirini qırır və xalqların ziyanınadır".

Qətərin XİN rəhbəri İranın ABŞ bazalarını hədəf alması ilə bağlı iddialarını təkzib edib. "Çünki son hücumlar enerji infrastrukturuna edilib və İranın bu addımları münaqişə zonasını genişləndirmək məqsədi daşıyır",- nazir vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər