Hakan Fidan: İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur
Dünya
262
18:59, Bu gün

Hakan Fidan: İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur

“İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur və qəbuledilməzdir”.

Moderator.az-ın məlumatına görə, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Sani ilə Dohada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, bu hücumlar nə İranın, nə də regionun xeyrinədir.

“İrana edilən hücumlar necə yanlışdırsa, İranın da başqa ölkələrə hücum etməsi eyni dərəcədə yanlışdır. Bu cür addımlar gərginliyi artırır, münaqişəni daha da dərinləşdirir və bölgədə sülhə zərər verir”, - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər