İran XİN rəhbəri İsrailə xəbərdarlıq edib: Cavabımız sərt olacaq
Dünya
213
18:15, Bu gün

İran XİN rəhbəri İsrailə xəbərdarlıq edib: Cavabımız sərt olacaq

“İran İsrailin hücumlarına cavab olaraq öz imkanlarının yalnız bir hissəsindən istifadə edib”.

Moderator.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.

XİN rəhbəri İranın infrastrukturuna yenidən zərbə endiriləcəyi təqdirdə, daha güclü reaksiya veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

“İsrailin infrastrukturumuza hücumuna cavab olaraq gücümüzün bir hissəsindən istifadə etdik. Təmkinli olmağın yeganə səbəbi tələb olunan deeskalasiyaya hörmət idi. İnfrastrukturlarımız yenidən zərbə alsa, təmkinli olmayacağıq”, - o qeyd edib.

Əraqçi bildirib ki, müharibənin istənilən sonu İranın mülki infrastrukturuna dəymiş ziyanı aradan qaldırmalıdır.

Link kopyalandı!
Son xəbərlər