19:14
11°C
Bakı
Ermənistan və Türkiyə iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün tələb olunan investisiya həcmini müəyyən etmək niyyətindədir.
Moderator.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan hökumət iclasından sonra keçirilən brifinqdə bəyan edib.
O xatırladıb ki, bu məsələ martın 10-da Parisdə Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin energetika naziri Alparslan Bayraktarla müzakirə edilib:
"Lazımi investisiyaların həcmi müəyyən olunması üçün tədqiqat aparmaq barədə qərar qəbul edilib. Biz bu işə yaxın zamanda başlamağa hazırıq və türkiyəli tərəfdaşların da oxşar yanaşma nümayiş etdirəcəyinə ümid edirik".