Ermənistan Milli Politexnik Universitetinə üzərində Ağrı dağının təsviri olan loqotipin dəyişdirilməsi tapşırılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Xəbərə görə, yeni loqotipin hazırlanmasına yanvar ayında başlanılıb və tədris ilinin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bildirilir ki, təşəbbüs dövlət və ictimai simvolların yenidən nəzərdən keçirilməsi ilə bağlı daha geniş siyasət kontekstində həyata keçirilib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın dövlət sərhədində pasportlara vurulan ştamplardan da Ağrı dağının təsviri çıxarılıb. Dəyişiklikləri şərh edən Baş nazir Nikol Paşinyanın mövqeyini açıqlamışdı: "Dövlət simvolları Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olmalıdır".