Dünyanın ən xoşbəxt ölkəsi
Dünya
264
17:45, Bu gün

Dünyanın ən xoşbəxt ölkəsi

Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Moderator.az Snob.ru saytına istinadən xəbər verir ki, reytinqdə Finlandiya 147 ölkə arasından birinci seçilib.

Reytinq 140-dan çox ölkənin sakinləri arasında keçirilən "Gallup World" sorğusuna əsaslanır. Ölkələr xoşbəxtlik səviyyəsinə görə son üç ildə orta ömür göstəricilərinə əsasən sıralanır.

Təhlillərdə altı əsas göstərici nəzərə alınır: adambaşına düşən ÜDM, sosial dəstək, uzunömürlülük, azadlıq, səxavət və korrupsiyaya qavrayışı.

Qeyd olunub ki, Finlandiya ardıcıl doqquz ildir ki, reytinqə başçılıq edir. Bu il isə Skandinaviya ölkəsi mümkün 10 baldan 7.741 bal toplayıb.

Danimarka 7.583 balla ikinci, İslandiya isə 7.525 balla üçüncü yerdə qərarlaşıb. İsveç, Hollandiya, Kosta Rika, Norveç, İsrail, Lüksemburq və Meksika da ilk 10-luğa daxil olub.

Dünyanın ən bədbəxt ölkələri isə Zimbabve, Malavi, Livan və Syerra-Leonedir. Əfqanıstan ardıcıl yeddinci ildir ki, reytinqin ən aşağı pilləsindədir.

Link kopyalandı!
Son xəbərlər