Pentaqon İrana qarşı əməliyyatların nəticələrini açıqladı
Dünya
133
17:40, Bu gün

Pentaqon İrana qarşı əməliyyatların nəticələrini açıqladı

İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ ordusu bu ölkənin 11 sualtı qayığını məhv edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset bildirib.

"Biz 120-dən çox hərbi gəmiyə zərər vermişik və ya batırmışıq. Onların donanması artıq əhəmiyyətli bir amil deyil, 11 sualtı qayıqları yoxa çıxıb və limanları iflic vəziyyətindədir.

İranın hava hücumundan müdafiə sistemi məhv edilib. Bu ölkənin müdafiə-sənaye bazası, zavodları, raketlərin və pilotsuz uçuş aparatlarının istehsalı üçün istifadə olunan qurğular tamamilə sıradan çıxarılır", - deyə Pentaqon rəhbəri mətbuat konfransında söyləyib.

Haqset əlavə edib ki, ABŞ ordusu İranın hərbi-sənaye kompleksi ilə əlaqəli yüzlərlə hədəfə zərbələr endirib:

"Hərbi əməliyyatlar nəticəsində ən böyük ziyan İranın ballistik raket istehsalı imkanlarına dəyib".

Link kopyalandı!
Son xəbərlər