Komissar: Aİ ilə Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb
Dünya
226
17:36, Bu gün

Komissar: Aİ ilə Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Kos “X” hesabında qeyd edib.

Onun sözlərinə görə, Aİ və Ermənistan arasında əlaqələr heç vaxt bu qədər yaxın olmayıb: “Yaxın Şərqdə böhranın olduğu bir vaxtda bizim münasibətlərimiz və Cənubi Qafqazda sülhə yönəlik gördüyümüz işlər Asiya ilə enerji və ticarət bağlantıları üçün daha vacib xarakter alıb.

Baş nazir Paşinyanla regionu daha yaxşı əlaqələndirməyin yollarını, rifahın və davamlı sülhün necə təmin oluna biləcəyini müzakirə etdik”, - Kos bildirib.

Link kopyalandı!
Son xəbərlər