Miqtrant gəmisi qəzaya düşdü - Çox sayda həlak olan var
Dünya
356
16:37, Bu gün

Miqtrant gəmisi qəzaya düşdü - Çox sayda həlak olan var

Komor adaları yaxılığında gəmi qəzası nəticəsində 18 nəfər həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "Habariza Comores" portalı təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

İlkin informasiyaya görə, Nqazica adasındakı (Qrand-Komor) Mitsamiuli yaşayış məntəqəsi yaxınlığında göyərtəsində 51 miqrantı daşıyan gəmi gecə vaxtı aşıb.

Otuz nəfər xilas edilib, üç nəfər isə itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Link kopyalandı!
Son xəbərlər