Estoniya Rusiyaya nota verdi
Dünya
147
16:00, Bu gün

Estoniya Rusiyaya nota verdi

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin ölkənin hava məkanına müdaxilə iddiası ilə əlaqədar Baltikyanı dövlətin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

"Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və Estoniya hava məkanına müdaxilə ilə bağlı nota verib", - deyə XİN-dən bildirilib.

Məlumata görə, Rusiya qırıcı təyyarəsi martın 18-də Vayndlo adası yaxınlığında Estoniya hava məkanını pozub.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hərbi təyyarələrinin bütün uçuşları beynəlxalq hava məkanı qaydalarına uyğun olaraq həyata keçirilir.

Link kopyalandı!
Son xəbərlər