İranda həlak olan Əli Laricani və generalların dəfn mərasimi keçirilir
Dünya
344
14:52, Bu gün

İranda həlak olan Əli Laricani və generalların dəfn mərasimi keçirilir

İranda ABŞ və İsrail hücumları nəticəsində öldürülən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, "Bəsic" komandanı Qulamrza Süleymani və general Bəhmən Bəhmərdlə dəfn mərasimi keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
 
Xəbərə görə dini rəhbərlərin, alimlərin və şəhid ailələrinin xahişi ilə, ailəsinin razılığı ilə Əli Laricaninin və Murtəza Laricaninin cənazələri Həzrət Məsumənin hərəmində Murtəza Mütəhari və Ayətullah Mirzə Haşim Amolinin məzarlarının yanında dəfn ediləcək.
 
Bundan başqa, generallar Qulamrza Süleymani və Bəhmən Bəhmərdlə dəfn mərasimi Şahrekordda keçirilir.
 
Link kopyalandı!
Son xəbərlər