İran BƏƏ-dən kompensasiya tələb edir
Dünya
195
13:53, Bu gün

İran BƏƏ-dən kompensasiya tələb edir

İran ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisindən endirdiyi zərbələr nəticəsində dəyən ziyana görə sözügedən ərəb ölkəsindən təzminat tələb edir.
 
Moderator.az "NourNews" nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İrəvani qurumun baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
 
"BƏƏ-nin beynəlxalq arenada hüquqazidd hərəkətləri bu ölkənin beynəlxalq-hüquqi məsuliyyətinə səbəb olub. İrana vurulan bütün maddi və digər zərərlərə görə kompensasiya ödənilməsi tələb edilir", - deyə məktubda bildirilib.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Link kopyalandı!
Son xəbərlər