Vaşinqtonda hərbi baza üzərində sirli dronlar göründü
Dünya
158
08:02, Bu gün

Vaşinqtonda hərbi baza üzərində sirli dronlar göründü

Vaşinqtonda yerləşən və ABŞ dövlət katibi ilə Pentaqon rəhbərinin yaşadığı hərbi baza üzərində naməlum pilotsuz uçuş aparatları qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, son 10 gün ərzində "Fort McNair" üzərində bir neçə dron müşahidə edilib. ABŞ hakimiyyəti onların haradan gəldiyini hələ müəyyən edə bilməyib.

Bildirilir ki, həmin bazanın ərazisində ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset yaşayır.

Nəşrin yazdığına görə, Vaşinqton administrasiyası İran tərəfindən ABŞ ərazisində yüksək vəzifəli şəxslərə qarşı mümkün cavab hücumlarından ehtiyat edir. Bu səbəbdən insidentdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

ABŞ hakimiyyəti Rubionun və Heqsetin təxliyəsi məsələsini də nəzərdən keçirsə də, sonradan bu addımı atmayıb. Daha sonra məsələ Ağ evdə keçirilən müşavirədə müzakirə olunub.

 

(teleqraf)

Link kopyalandı!
Son xəbərlər