İranın ali lideri:
Dünya
832
18 Mar 2026 | 21:05

İranın ali lideri: "Laricaninin qətlinə görə qisas alınacaq"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlini törədənlər onun qanının əvəzini ödəyəcəklər.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Lideri Müctəba Xamenei bəyan edib.

"Mən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali liderin bu şuradakı nümayəndəsi Əli Laricaninin şəhid olması ilə bağlı kədərli xəbəri dərin hüznlə aldım. Hər bir qanın öz qiyməti var və şəhidlərin qatilləri bu qiyməti tezliklə ödəməli olacaqlar", - deyə Xameneinin sözlərini onun mətbuat xidməti sitat gətirib.

Link kopyalandı!
Son xəbərlər