MKİ direktoru: ABŞ İranın uranı zənginləşdirməsi istiqamətində yeni addımlarını müşahidə etməyib
Dünya
388
19:25, Bu gün

MKİ direktoru: ABŞ İranın uranı zənginləşdirməsi istiqamətində yeni addımlarını müşahidə etməyib

Ötən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi qabiliyyətini bərpa etməyib.
 
Bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bu gün Senatda İran müharibəsi ilə bağlı dinləmələrdə deyib.
 
Onun sözlərinə görə, ötən ilin iyun ayında – İsraillə 12 günlük müharibədə İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və o zamandan bəri ABŞ Tehran tərəfindən bu istiqamətdə yeni addımlar atıldığını müşahidə etməyib.
 
Qabbard qeyd edib ki, İranda rejim dəyişməsə, dron və raket proqramının yenidən qurulmasına başlayacaqlar.(APA)
Link kopyalandı!
Son xəbərlər