ABŞ viza üçün 15 min dollar girov tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib
Dünya
474
19:02, Bu gün

ABŞ viza üçün 15 min dollar girov tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib

ABŞ viza üçün 15 min dollar girov tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib.
 
“Reuters“ ABŞ Dövlət Departamentinin anonim rəsmisinə istinadən xəbər verir ki, siyahıya daha 12 yeni ölkə əlavə edilib.
 
Məlumata görə, beləliklə, viza müqabilində girov tələbi 50 ölkənin vətəndaşlarına şamil olunacaq.
 
Bildirilir ki, bu, genişləndirilmiş viza girovu proqramı aprelin 2-də qüvvəyə minəcək.
 
Proqram B1 (işgüzar səfər) və B2 (turist səfəri) vizalarına müraciət edən xarici vətəndaşlardan 15 min dollar girov ödənişi tələb edir. Dövlət Departamentindən bildiriblər ki, məqsəd vizaların müddətinin ötməsinin qarşısını almaqdır.
Link kopyalandı!
Son xəbərlər