Dünya
289
16:39, Bu gün

"Astana" gəmisi Rumıniya sahillərində batdı: Ölən və itkin düşənlər var

Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi Rumıniyanın Midiya limanında batıb.
 
Moderator.az bildirir ki, bu barədə Rumıniya mətbuatında məlumat verilib.
 
Bildirilib ki, gəmi sahildən səkkiz kilometr məsafədə Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə lövbər salmaqda kömək göstərən zaman aşıb.
 
Xilasetmə əməliyyatı zamanı heyət üzvlərindən biri sahilə çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda akvatoriyanın ərazisində daha dörd nəfərin genişmiqyaslı axtarışları davam edir.
 
İtkin düşmüş heyət üzvlərinin gəminin qəfil aşması nəticəsində həlak olduqları istisna edilmir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər